Naxçıvan Dövlət Texniki Kollecində məzun və tələbələrlə  görüş keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Texniki Kollecində məzun və tələbələrlə  görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Texniki Kollecində məzun və tələbələrlə  görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Texniki Kollecində məzun və tələbələrlə  görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Texniki Kollecində məzun və tələbələrlə  görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublikadakı tələbat nəzərə alınmaqla orta ixtisaslı kadrlar yetişir. Tədrisin yüksək səviyyədə təşkili, əmək bazarına uyğun kadr hazırlığının aparılması, subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbulu, hami təşkilatlar tərəfindən kadrların işlə təmin olunması təhsil ocağının nüfuzunu daha da artırıb. Bunun nəticəsidir ki, beş il bundan qabaq kollecə minimum keçid balı 50-70 bal təşkil edirdisə, cari tədris ilində keçid balı 100-200 intervalınadək yüksəlib.

Təhsil naziri qeyd edib ki, kollecdə ötən tədris ilində idarəetmə, iqtisadiyyat, rabitə, kənd təsərrüfatı, energetika və sosial xidmət sahələri olmaqla, 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılıb. Muxtar respublikada sürətlə artan turizm imkanları və tələbləri nəzərə alınmaqla cari tədris ilindən Turizm işinin təşkili ixtisası üzrə də tələbə qəbulu aparılıb. İxtisasların sayı 14-ə, tələbə qəbulu planı isə 200 yerə qədər artırılıb. Ötən tədris ilində 8 ixtisas üzrə 9 qrupda 111 tələbə məzun olub. Onlardan 16-sı kolleci fərqlənmə diplomu ilə bitirib. Bu tədris ilində isə kollecdə ümumilikdə 624 tələbə təhsilini davam etdirir.

Rəhman Məmmədov deyib ki, kollecin təhsil keyfiyyətinin bir göstəricisi də subbakalavrların müsabiqədənkənar yolla ali təhsil müəssisələrinə qəbul olunmasıdır. Texniki Kollecin məzunları da bu imkanlardan yararlanıb. Son 4 ildə məzunlarından 297-si ali təhsil müəssisələrinə qəbul olub.

Təhsil naziri kollecin məzunlarını tədris ilini uğurla başa vurmaları və ali təhsil müəssisələrinə qəbul olunmaları, müəllim və tələbə kollektivini isə yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov 2021-2022-ci tədris ilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib, qazanılan uğurlardan bəhs edib.

Kollecin Bank işi ixtisası üzrə məzunu, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasının I kurs tələbəsi Vəfa Həsənova, Rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə məzun, Azərbaycan Texniki Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasının I kurs tələbəsi Ramidə Qurbanlı göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Sonra kolleci bitirən məzunlara diplomlar təqdim olunub.

Sonda Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin 2021-2022-ci tədris ilində müxtəlif müsabiqə, bilik və idman yarışlarında əldə etdikləri nailiyyətlərdən ibarət sərgiyə baxış olub.

 

Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM