NDU-da Müzeyşünaslıq kabinəsinin açılışı olub - FOTOLAR

NDU-da Müzeyşünaslıq kabinəsinin açılışı olub<font color=red> - FOTOLAR</font> NDU-da Müzeyşünaslıq kabinəsinin açılışı olub<font color=red> - FOTOLAR</font> NDU-da Müzeyşünaslıq kabinəsinin açılışı olub<font color=red> - FOTOLAR</font> NDU-da Müzeyşünaslıq kabinəsinin açılışı olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universirtetində Müzeyşünaslıq kabinəsinin açılışı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açılış tədbirində çıxış edən universitetin rektoru Elbrus İsayev belə kabinələrin istifadəyə verilməsini təhsildə əyaniliyin artırılmasına mühüm töhfə kimi dəyələndirib. Bildirib ki, yeni kabinə Arxiv işi və muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin peşə bacarıqlarının təcrübədə möhkəmləndirilməsinə xidmət edəcək.

Elbrus İsayev Müzeyşünaslıq kabinəsinin açılışı münasibətilə Tarix-filologiya fakültəsinin müəllim və tələbələrini təbrik edib, tədrisdə uğurlar arzulayıb.                                                       

Tarix-Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov kabinənin əyani vəsaitlərlə təmin edilməsində tələbələrin yaxından iştirakını xüsusi vurğulayıb. Qeyd edilib ki, tələbələr sözügedən kabinəyə 100-ə yaxın eksponat təqdim ediblər. Vurğulanıb ki, hazırda bu ixtisas üzrə 56 tələbə təhsil alır. Ötən il Arxiv işi və muzeyşünaslıq ixtisası üzrə 90 tələbə məzun olub, onlardan 25 nəfəri magistr təhsili alıb. Hazırda bu ixtisası bitirən 40-dan çox məzun muxtar respublikada fəaliyyət göstərən muzeylərdə çalışır.

Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev kabinədə olan eksponatlar barədə məlumat verib. Qeyd edilib ki, kabinəyə təqdim olunan maddi-mədəniyyət nümunələri arasında müxtəlif dövrlərə aid kitablar, xovlu xalça, mis və saxsı qablar, kuzə, kəlağayı, milli geyim nümunələri, toxuculuq alətləri, müxtəlif növ çıraqlar və digər tarixi eksponatlar yer alır.

Sonra fakültənin kitabxanasına baxış olub. Qeyd edilib ki, fakültənin  müəllimləri tərəfindən  kitabxanaya 700-dən çox kitab təqdim edilib.

Məmmədbağır Dünyamalıyev

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM