satellite   Azerspace-1: 11135 H 30000

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-2023-cü tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini çap edib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə DİM-dən məlumat verilib.

Xüsusi buraxılışda tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM