satellite   Azerspace-1: 11135 H 30000

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib - FOTOLAR

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin  müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font> Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin  müsahibə mərhələsi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin müsahibə mərhələsində namizədlərin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılıb.

Nazirlikdən 1, DİM-dən 1, mədəniyyət sahəsi üzrə mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, ümumilikdə 5 üzvdən təşkil edilən  müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçib və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Mədəniyyət Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 141 namizədin 131-i imtahanda iştirak edib. 63 namizəd keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 61 namizəddən 49-u uğur qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM