satellite   Azerspace-1: 11135 H 30000

Tələbələr istehsalat təcrübəsinə cəlb olunurlar - VİDEO

“Naxçıvan” Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində və onun tabeli qurumlarında istehsalat təcrübəsi keçir, informasiya-kommunikasiya texnologiyaları sahəsində müvafiq peşə biliklərinə yiyələnirlər.

Təcrübə zamanı tələbələrə slaydlar vasitəsilə veb saytların müasir üslubda tərtib edilməsi, şəbəkələr və sistem inzibatçılığı, proqramlaşdırma dilləri və həmin proqramlaşdırma dillərinin müxtəlif kitabxanaları və ixtisaslarına uyğun texnologiyalar barədə ətraflı məlumat verilir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM