satellite   Azerspace-1: 11135 H 30000

NDU-nun “Eco Tech” komandası ölkəmizdə ilk dəfə keçirilən ekoloji hakatonda II yerin sahibi olub

NDU-nun “Eco Tech” komandası ölkəmizdə ilk dəfə keçirilən ekoloji hakatonda II yerin sahibi olub

Ali təhsil müəssisəsinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “Tullantısız dünya” layihəsi çərçivəsində ekoloji hakaton müsabiqəsi keçirilib.

NDU-nun “EcoTech” komandası Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə keçirilən “Recyclaton” hakatonunda iştirak edərək II yerə layiq görülüb.

Hakatonun ilkin mərhələsində 150 komanda yarışıb və 10 komanda, o cümlədən Naxçıvan Dövlət Universitetinin  “Eco Tech” komandası final mərhələsində iştirak edib.

Ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunub. Hakatonun əsas məqsədi plastik tullantıların azaldılması istiqamətində innovativ təklif və həllər axtarışıdır.

Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının və Coca-Cola Fondunun əməkdaşlığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Məmmədbağır Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM