satellite   Azerspace-1: 11135 H 30000

DİM danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib

DİM danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahan verəcək namizədlərə müraciət edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, danışıq bloku üzrə imtahan dekabrın 17-də keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni Mərkəzin saytındakı linkdən çap edə bilərlər.

İddiaçılar imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar kompüter proqramının “demo” versiyası ilə DİM-in saytındakı linkdən tanış ola bilərlər.

İddiaçılara mütləq danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM