2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 4265 nəfərə TTK verilib. Onlardan 1641 nəfərin müraciəti sosial TTK, 2624 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
