satellite   Azerspace-1: 11135 H 30000

NDU ilə Milli Oftalmologiya Mərkəzi arasında memorandum imzalanıb - FOTOLAR

NDU ilə Milli Oftalmologiya Mərkəzi arasında memorandum imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Milli Oftalmologiya Mərkəzi arasında memorandum imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Milli Oftalmologiya Mərkəzi arasında memorandum imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Milli Oftalmologiya Mərkəzi arasında memorandum imzalanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universiteti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Mərkəzin nümayəndələri arasında ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb. Ölkədə tibbi kadrların hazırlığı çərçivəsində universitetlərdə yaranan çətinliklər, xarici təcrübədən əldə olunan nəticələr və gənc həkimlərin yetişdirilməsində peşəkar həkimlərin bilik və bacarıqlarının mübadilə prosesinə cəlb olunmasının vacibliyi müzakirə edilib.

Görüşdə hər iki müəssisə arasında əməkdaşlığa dair imzalanan memorandum çərçivəsində tərəfdaşlarla tibb sahəsində mövcud olan təcrübələrin öyrənilməsi, yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması, seminarların, kurs və təlimlərin,  elmi konfransların təşkili, tələbə və rezidentlərin təcrübə məqsədilə mübadilə proqramlarının hazırlanması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Görüşün sonunda qonaqlara universitetin Texnologiya mərkəzində mozaikadan hazırlanmış əl işi və universitetin fəaliyyətini əks etdirən nəşrlər toplusu hədiyyə  olunub.

Daha sonra qonaqlar Tibb fakütəsində yeni yaradılmış kabinələr, tədris prosesi üçün nəzərdə tutulan əyani vəsaitlər, simulyasiya mərkəzləri və texniki laboratoriyaların imkanları ilə tanış olublar.                                                                          

 

Elnarə İslamlı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM