satellite   Azerspace-1: 11135 H 30000

İnternat tipli təhsil müəssisələri təyinatına görə qruplaşdırılır

İnternat tipli təhsil müəssisələri təyinatına görə qruplaşdırılır

İnternat tipli təhsil müəssisələri təyinatına görə qruplaşdırılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin dekabrın 23-də keçirilən iclasının gündəliyində ikinci oxunuşda müzakirə olunan “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2022-ci il 13 may tarixli Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilib.

Layihədə internat tipli təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb.

Qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM