satellite   Azerspace-1: 11135 H 30000

“Müasir Azərbaycan dili” kitabının II cildi nəşr olunub

“Müasir Azərbaycan dili” kitabının II cildi nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarına əsasən “Müasir Azərbaycan dili” kitabının II cildi (Leksikologiya) çap olunub.

Kitabın baş redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, redaktorları professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, rəyçiləri professorlar Mahirə Hüseynova, Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə institutdan bildirilib. Qeyd olunub ki, 1152 səhifəlik kitabda dilimizin leksik strukturunun müasir vəziyyəti geniş təhlil edilib.

Kollektiv əməyin məhsulu olan bu dəyəli nəşr leksikologiya, semasiologiya, frazeologiya, söz yaradıcılığı, lüğətçilik və s. dilçilik bölmələrinin ən son nailiyyətləri əsasında hazırlanıb. Burada ənənəvi, normativ leksikologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən funksional leksikologiya, koqnitiv leksikologiya və assosiativ leksikologiya kimi yeni məsələlərə yer verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM