satellite   Azerspace-1: 11135 H 30000

NDU-da tələbələrin əl işləri sərgilənib - FOTOLAR

NDU-da tələbələrin əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font> NDU-da tələbələrin əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font> NDU-da tələbələrin əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font>

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Memarlıq və mühəndislik fakültəsində keçirilən sərgidə “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması” və “Energetika” ixtisasları üzrə təhsil alan tələbələrin 20-dən çox əl işi nümayiş olunub.

Tələbələr sərgidə “Radar sistemi”, “Ağıllı ev”, “CNC Plotter” və digər layihələri təqdim ediblər.

İşıq sensoru ilə çalışan “elektrik lampaları”, “döşəmə təmizləyən robot”, 25 sm məsafədən sensorla işləyən “smart lampa” qurğular funksionallığı ilə izləyicilərdə maraq yaradıb.

Təqdimatdan sonra çıxış edən universitetin rektoru Elbrus İsayev NDU-da elektronika sahəsinin inkişafına daim diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə universitetdə texnopark tikilir, robot texnikası laboratoriyaları fəaliyyət göstərir. Gələcək sərgilərdə əsas məqsəd layihələr üçün irəli sürülmüş ideyaların müəlliflik hüququnun təmin edilməsidir. Rektor bildirib ki, ideyalar sertifikatlaşdırıldıqdan sonra layihələr əmək bazarına təqdim olunacaq.

Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

Elnarə İslamlı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM