satellite   Azerspace-1: 11135 H 30000

“İnformatika” vəsaitinin yenilənmiş nəşri çap olunub

“İnformatika” vəsaitinin yenilənmiş nəşri çap olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “İnformatika” vəsaitinin yenilənmiş nəşrini çap edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “İnformatika” vəsaiti bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Vəsaitin 7, 8, 9 və 10-cu fəsilləri tamamilə yenidən işlənib.

Kitab 13 fəsildən ibarətdir. Kitabı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM