satellite   Azerspace-1: 11135 H 30000

“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib

“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

DİM-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, jurnallarda müvafiq olaraq, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, balların hesablanma qaydası dərc olunub. Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilib.

DİM-in saytında müvafiq audiofaylları öz telefonunuza və ya kompüterinizə yükləyib dinləməklə həmin tapşırıqları cavablandıra bilərsiniz. Audiofayllar gün ərzində müvafiq bölməyə əlavə olunacaq.

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM