satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 240 şagird fənn olimpiadasının yarımfinal turunda iştirak edib - FOTOLAR

Naxçıvanda 240 şagird fənn olimpiadasının yarımfinal turunda iştirak edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 240 şagirdin iştirak etdiyi olimpiadada məktəblilər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya olmaqla 7 fənn üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan 30 sual təqdim olunub və üç saat vaxt ayrılıb.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə biliyi artırmaq, özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, eləcə də şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.

Qeyd edək ki, ötən il keçirilən respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 28-i qalib olmuşdu.

Yunis Allahverdiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM