satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsində Xocalı faciəsinə həsr olunmuş sərgi açılıb

AMEA Naxçıvan Bölməsində Xocalı faciəsinə həsr olunmuş sərgi açılıb

Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı faciəsi” adlı sərgi açılıb.

Bölmənin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Xocalı faciəsinin dəhşətlərini əks etdirən sərgidə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Xocalı yaddaşı”, “Əsrin faciəsi - Xocalı”, “Xocalı harayı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Soyqırım muzeyi”, “Hocalı katliamı”, “Xocalı qırğını”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı göyərçinləri”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və digər kitablar nümayiş etdirilir.

Sərgidə həmçinin Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən qəzet, jurnal və toplu məqalələr də yer alır.

Sərgi fevral ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM