satellite   Azerspace-1: 11135 H 30000

Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər - FOTOLAR

Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

Heydər Əliyev irsi gənc nəslə aşılanır, şagirdlər ulu öndərimizə hörmət və ehtiram ruhunda tərbiyə olunur.

Naxçıvan televiziyası xəbər verir ki, Heydər Əliyev adına tam orta məktəbin bir qrup şagirdinin iştirakı ilə fləşmob təşkil edilib, məktəbin qarşısında “Heydər Əliyev - 100” sözləri əks etdirilib.  

Sonra məktəbin müəllimləri və şagirdlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gələrək  tər güllər düzüb, ehtiramlarını bildiriblər.

Şagirdlər ümummilli liderə həsr olunmuş mahnılar səsləndiriblər.

Tədbirin davamında məktəblilərin Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunub. Muzeyin eksponatları ilə ətraflı tanış olan şagirdlərə müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib. Burada nümayiş etdirilən ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar məktəblilərin xüsusi marağını cəlb edib, onların sualları muzey bələdçisi tərəfindən ətraflı cavablandırılıb.

Şagirdlər ulu öndərə həsr olunan şeirlər qiraət ediblər.

Mahmud Hüseynov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM