satellite   Azerspace-1: 11135 H 30000

Təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb.

Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM