satellite   Azerspace-1: 11135 H 30000

NASA “Dragon” gəmisində yeddinci missiyanı kosmosa göndərəcək

NASA “Dragon” gəmisində yeddinci missiyanı kosmosa göndərəcək

NASA-nın “SpaceX Crew-7” missiyası tədqiqat və texniki işləri yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyaya müxtəlif təyinatlı astronavtlardan ibarət komanda göndərməyə hazırlaşır.

Naxçıvan televiziyası “ScitechDaily” saytına istinadla xəbər verir ki, komanda üzvləri kosmik gəmilərin gəlişini izləyəcək, kritik tədqiqatlar aparacaq, missiya başa çatdıqdan sonra isə “SpaceX” gəmisi tərəfindən götürülərək Florida sahillərinə geri qayıdacaqlar. NASA bu əməliyyatı yerinə yetirmək üçün Kosmik Stansiyadan dörd nəfər astronavt təyin edib.

NASA qeyd edir ki, astronavtlar 3-cü və 5-ci missiyalarda istifadə olunmuş, dayanıqlı “SpaceX Dragon” gəmisindən istifadə edəcəklər. Hazırda NASA mühəndisləri kosmik gəmi üçün gücləndirici rolunu oynayacaq “Falcon 9” mühərrikini hazırlayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM