satellite   Azerspace-1: 11135 H 30000

Məktəbəqədər təhsildə alternativ modellər tətbiq ediləcək

Məktəbəqədər təhsildə alternativ modellər tətbiq ediləcək

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur.

Nazirlikdən Naxçıvan televiziyası-a bildirilib ki, ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir. Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir.

İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM