satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın 4 məktəbi ilk dəfə qrant proqramının qalibi olub

Naxçıvanın 4 məktəbi ilk dəfə qrant proqramının qalibi olub

Ölkədə ilk dəfə keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının nəticələri elan olunub.

Naxçıvan televiziyası xəbər verir ki, proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla, ümumilikdə, 16 rayon və şəhəri əhatə edib.

16 qrant layihədən 4-nü Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri (Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 2 nömrəli, Ordubad rayon Dəstə kənd tam orta məktəbi və Culfa rayon Saltaq kənd tam orta məktəbi) qazanıb.

Qeyd edək ki, il ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM