satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Futbol Federasiyası VAR sistemi ilə bağlı yeniliyə hazırlaşır

Türkiyə Futbol Federasiyası VAR sistemi ilə bağlı yeniliyə hazırlaşır

Türkiyə Futbol Federasiyası (TFF) hakimliklə bağlı iki mühüm qərar qəbul edib.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən vacib yeniliklərdən biri VAR (videoköməkçi hakim) otağındakı qeydlərin açıqlanmasıdır. Belə ki, federasiya İspaniya La Liqasında olduğu kimi, matçlar bitdikdən sonra hakimlərin səs yazılarını paylaşacaq.

Federasiyanın həyata keçirməyə hazırlaşdığı növbəti layihə isə hakim-inspektorlarla bağlıdır. Qurum oyunlara ölkə xaricindən təcrübəli mütəxəssislər dəvət etməyi planlaşdırır.

Hər iki yenilik Türkiyə Superliqasının XXVI turundan etibarən tətbiq olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM