satellite   Azerspace-1: 11135 H 30000

“Barselona” klubunun futbolçusu tarixə düşüb

“Barselona” klubunun futbolçusu tarixə düşüb

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal tarixə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, gənc yarımmüdafiəçi La Liqanın XXIV turunda “Qranada” ilə oyunda dubl edərək buna nail olub.

Bununla 16 yaşlı hücumameyilli oyunçu cari mövsüm ölkə çempionatında qol sayını 3-ə çatdırıb. Yamaldan əvvəl La Liqa tarixində heç kim 17 yaşına çatana qədər rəqib qapılarından 3 top keçirməmişdi. İker Muniain və Ansu Fati 2 qol vurmağı bacarıblar.

Qeyd edək ki, “Barselona” hazırda 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM