satellite   Azerspace-1: 11135 H 30000

Fransa klubunun müdafiəçisi zədələdiyi rəqibindən üzr istəyib

Fransa klubunun müdafiəçisi zədələdiyi rəqibindən üzr istəyib

Fransanın "Monako" klubunun müdafiəçisi Vilfrid Sinqo PSJ-nin qapıçısı Canluici Donnarummanı zədələdiyi üçün üzr istəyib.

Naxçıvan televiziyası "RMC Sport"a istinadən xəbər verir ki, hadisə Fransa Liqa 1-in XVI turunda komandalar arasında baş tutan matçın 20-ci dəqiqəsində baş verib.

V.Sinqo ilə toqquşmadan sonra qolkper üzündən ciddi zədə alıb. Onun yarasına tikişlər qoyulub.

23 yaşlı futbolçu rəqibini bilərəkdən zədələmədiyini söyləyib və onun tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, "Monako" - PSJ görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə bitib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM