satellite   Azerspace-1: 11135 H 30000

Cüdo üzrə Bakı birinciliyi keçiriləcək

Cüdo üzrə Bakı birinciliyi keçiriləcək

Dekabrın 20-22-si aralığında 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə Bakı birinciliyi keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Turnirdə 16 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 61 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 808 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM