“Milan” mövsümün sonunda baş məşqçisi ilə vidalaşacaq

“Milan” mövsümün sonunda baş məşqçisi ilə vidalaşacaq

İtaliyanın "Milan" komandasının baş məşqçisi Serjiu Konseysau cari mövsümün sonunda postunu tərk edəcək.

NTV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssislə yanaşı, hazırda icarə əsasında kollektivdə çıxış edən Joau Felikş də “Çelsi”yə qayıdacaq.

“Milan” İtaliya A Seriyasında turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. Komanda İtaliya Kubokunda isə mübarizəni davam etdirir. “Milan” yarımfinalın cavab görüşündə əzəli rəqibi “İnter”lə qarşılaşacaq. İlk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər lenti
Ərdoğandan maraqlı fakt

21:24 03.05.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM