satellite   Azerspace-1: 11135 H 30000

Əmrah Nağıyev Qusarda ikinci oldu - FOTOLAR

Əmrah Nağıyev Qusarda ikinci oldu<font color=red> - FOTOLAR</font> Əmrah Nağıyev Qusarda ikinci oldu<font color=red> - FOTOLAR</font>

 

Qusar şəhərində 11 və 22 kilometr məsafələri əhatə edən “Zirvəyə doğru” qaçışı təşkil olunub. Fərqli yaş və təcrübə səviyyələrindən olan iştirakçılar üçün nəzərdə tutulmuş yarışın əsas məqsədi sağlam həyat tərzini təşviq etməkdən ibarət olub.

Yarışa Ordubad rayonundan qatılan atlet Əmrah Nağıyev 11 kilometr məsafədə mübarizə aparıb. Həmin məsafəni tamamlamaq üçün 40 dəqiqə 8 saniyə vaxt sərf edən Əmrah finişə ikinci çataraq gümüş medal qazanıb.  

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonların daimi iştirakçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM