satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər

Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə yola düşüb.

Azərbaycan Taekvondo Federasiyasından NTV-yə verilən məlumata görə, festivalda ölkəmizi gənclərdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Fəridə Əzizovanın rəhbərliyi altında Mehdi Budaqlı (48 kiloqram), Aydın Süleymanov (55 kiloqram), Ziya Həsənli (63 kiloqram), Yunis Hüseynov (73 kiloqram), Elcan Əliyev (+73 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Humay Dadaşova (49 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, taekvondo idman növü Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına ilk dəfə daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM