satellite   Azerspace-1: 11135 H 30000

Norveç millisinin İsrail yığması ilə oyunda əldə edəcəyi gəlir yardım üçün Qəzzaya göndəriləcək

Norveç millisinin İsrail yığması ilə oyunda əldə edəcəyi gəlir yardım üçün Qəzzaya göndəriləcək

Futbol üzrə Norveç millisinin DÇ-2026-nın seçmə mərhələsində İsraillə oyunda əldə edəcəyi gəlir yardım üçün Qəzza xalqına bağışlanacaq.

NTV Norveç Futbol Assosiasiyasına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Lise Klaveness açıqlama verib.

O, mülki əhalinin məruz qaldığı iztirablara və hücumlara biganə qala bilməyəcəyini deyib:

"İsrail FIFA və UEFA yarışlarında iştirak edir və biz bunu nəzərə almalıyıq. Əldə etdiyimiz gəliri Qəzzadakı insanların həyatını xilas edən və ərazidə yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik".

Qeyd edək ki, Norveç - İsrail oyunu oktyabrın 11-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM