satellite   Azerspace-1: 11135 H 30000

"Bavariya" müdafiəçinin transferi üçün danışıqlara başlayıb

"Bavariya" müdafiəçinin transferi üçün danışıqlara başlayıb

Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən futbolçu Mark Qehinin transferi üçün addımlar atıb.

NTV "Goal.com" saytına istinadən xəbər verir ki, münhenlilər 25 yaşlı mərkəz müdafiəçisinin agentləri ilə ilkin danışıqlara başlayıb.

Oyunçunun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. O, sözləşmənin müddətini uzatmaq təklifini rədd edib.

"Bavariya"dan başqa, İspaniyanın "Real" və "Barselona" komandaları da futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Mark Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM