satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” Emmanuel Addai ilə yollarını ayıracaq

“Qarabağ” Emmanuel Addai ilə yollarını ayıracaq

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

NTV Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.

“Qarabağ” mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gələ bilmir.

“Köhlən atlar” 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir. Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.

Qeyd edək ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunub. Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM