satellite   Azerspace-1: 11135 H 30000

"Nyukasl" – "Qarabağ" matçı azarkeş sayına görə dördüncü yerdə qərarlaşıb - FOTOLAR

"Nyukasl" – "Qarabağ" matçı azarkeş sayına görə dördüncü yerdə qərarlaşıb<font color=red> - FOTOLAR</font> "Nyukasl" – "Qarabağ" matçı azarkeş sayına görə dördüncü yerdə qərarlaşıb<font color=red> - FOTOLAR</font>

İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü pillədə qərarlaşıb.

NTV-nin məlumatına görə, sözügedən matçı tribunalardan 50 068 tamaşaçı izləyib.

Cavab qarşılaşmaları arasında ən çox fanat "Real" (İspaniya) - "Benfika" (Portuqaliya) duelində (2:1) qeydə alınıb. Bu görüşdə 76 745 tərəfdar olub.

"İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç) oyunu (1:2) 70 441 azarkeşlə ikinci, "Atletiko" (İspaniya) - "Brügge" matçı 66 756 tərəfdarla üçüncü yeri tutub.

Qeyd edək ki, "Qarabağ" səfərdəki görüşdə rəqibinə 2:3 hesabı ilə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM