Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçirilib.
NTV xəbər verir ki, “Sabah” səfərdə “İmişli”ni 5 cavabsız qolla darmadağın edib. “Qarabağ” isə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra “Sabah” 59 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 7 xal geri qalan “Qarabağ” 2-ci sırada qərarlaşıb. Ağdam klubunun ehtiyatda daha bir oyunu var. “Zirə” 39 xalla 4-cü, “İmişli” isə 22 xalla 9-cu yerdədir.
Qeyd edək ki, XXIV turun ötən gün baş tutan matçlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.
