satellite   Azerspace-1: 11135 H 30000

“Frayburq” ilə qarşılaşacaq “Qarabağ”ın Almaniyaya yollanacağı vaxt müəyyənləşib

“Frayburq” ilə qarşılaşacaq “Qarabağ”ın Almaniyaya yollanacağı vaxt müəyyənləşib

UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu sentyabrın 6-da Almaniyaya yollanacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ağdam təmsilçisinə istinadla xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Sentyabrın 7-də Bakı vaxtı ilə saat 21:40-da komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 22:00-da isə matçın keçiriləcəyi “Wolfswinkel” stadionunda (Europa-Park Stadion) komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM