satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu “Trabzonspor”un hücumçusu Benqali-Fode Koyta ilə maraqlanır

“Qarabağ” klubu “Trabzonspor”un hücumçusu Benqali-Fode Koyta ilə maraqlanır

Ağdamın “Qarabağ” klubu Türkiyənin “Trabzonspor” komandasında çıxış edən Benqali-Fode Koyta ilə maraqlanır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Hatayspor” və “Giresunspor”un da 32 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib. Lakin qvineyalı oyunçu hər iki təklifi rədd edib.

Forvardın agenti Trabzona gedib və transfer məsələləri ilə məşğul olmağa başlayıb.

Qeyd edək ki, Benqali-Fode Koyta 2021-ci ildən "Trabzonspor"da çıxış edir. Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatan afrikalı oyunçu ilə yollarını ayırmaq istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM