satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda İngiltərənin "Mançester Siti" komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM