satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu 20 ildən sonra Avropa Liqasının oyunları üçün sifariş olunub

Ronaldu 20 ildən sonra Avropa Liqasının oyunları üçün sifariş olunub

İngiltərənin "Mançester Yunayted" klubu UEFA Avropa Liqasının oyunları üçün sifariş ərizəsini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, siyahıya Kriştianu Ronaldunun da adı daxil edilib.

37 yaşlı oyunçu heyətdə yer alan 5 hücumçudan biridir.

"Qırmızı şeytanlar" qrup mərhələsində Kiprin "Omoniya", Moldovanın "Şerif" və İspaniyanın "Real Sosyedad" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Kriştianu Ronaldu son olaraq, 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və forvard Portuqaliya "Sportinq"inin formasını geyinirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM