satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” çempionatda liderliyini daha da möhkəmləndirib

“Araz-Naxçıvan” çempionatda liderliyini daha da möhkəmləndirib

Futbol üzrə Azərbaycan I Divizionunun 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” ilə “Şamaxı-2” komandaları qarşılaşıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi "Şamaxı-2" komandası üzərində 5-0 hesablı qələbə qazanıb.

Görüşdə "Araz-Naxçıvan"ın heyətində 21-ci dəqiqədə Xəyal Tomarov, 36-cı dəqiqədə Orxan Əliyev, 47-ci dəqiqədə Fərid Kərimzadə, 51-ci dəqiqədə Bayraməli Qurbanov  və 60-cı dəqiqədə yenidən Xəyal Tomarov fərqlənib.

Ardıcıl üç qələbədən sonra hazırda “Araz-Naxçıvan” 9 xalla turnir cədvəlinə liderlik edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM