satellite   Azerspace-1: 11135 H 30000

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

İngiltərənin "Çelsi" klubu almaniyalı baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna "zadəganlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.

Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanı məşqçilər heyətinin hazırlaşdıracağı bildirilib.

Qeyd edək ki, Tomas Tuxel ötən ilin 26 yanvarında "Çelsi" ilə 18 aylıq müqavilə bağlamışdı. O, "Çelsi"yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM