satellite   Azerspace-1: 11135 H 30000

“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadən xəbər verir ki,  bu vəzifəyə Qrem Potter təyin olunacaq.

“Brayton”un baş məşqçisi ilə görüşən London klubunun nümayəndələri onun şifahi razılığını alıb. Təyinatın qarşıdakı 24 saat ərzində rəsmiləşməsi gözlənilir.

“Çelsi” rəhbərliyi mütəxəssisin həftəsonu “Fulhem”lə qarşılaşmada komandaya rəhbərlik etməsini istəyir. Onun təyinatı üçün “Brayton”a da 10 milyon funt sterlinq ödəniləcək.

Qeyd edək ki, londonlular Çempionlar Liqasında Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə uduzduqdan sonra Tomas Tuxeli istefaya göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM