satellite   Azerspace-1: 11135 H 30000

Sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib - FOTOLAR

Sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

11 çəki dərəcəsi üzrə 60-dan çox idmançının qatıldığı birincilik Uşaq-Gənclər İdman Məktəbində keçirilib. Yarışda Naxçıvan şəhəri ilə yanaşı Kəngərli və Babək rayonlarının idmançıları da qalib olmaq üçün mübarizə aparıblar. Yekun nəticəyə əsasən, Asim Kərimli, Abbas Abbasov, Hüseyn Muradlı, Tunar Abdullayev, Məcnun Abbasov, Natiq Məmmədov, Əlirza Əliyev, Əbülfəz Cəfərov, Ramal Bağırov, Nicat İsmayılov və Tuncay Əsgərli öz çəki dərəcələri üzrə birinciliyin qalibi olublar. Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.

                                                  Əli İbrahimbəyli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM