satellite   Azerspace-1: 11135 H 30000

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Polşa millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu seçilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı səsvermədə 34 yaşlı hücumçu bütün rəqiblərini üstələyib.

O, Çexiyanın "Viktoriya" komandasına qarşı matçda het-trik edib.

Levandovski səsvermədə sabiq komandası Almaniya "Bavariya"sından Leroy Saneni, Fransa PSJ-sindən Kilian Mbappeni və İtaliya "Napoli"sindəki həmyerlisi Pyotr Zelinskini qabaqlayıb.

Qeyd edək ki, Robert Levandovskinin het-trik etdiyi matçda "Barselona", "Qarabağ"ı Çempionlar Liqasından uzaqlaşdırmış "Viktoriya"nı 5:1 hesabı ilə darmadağın edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM