satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib

"Qrasshopper" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov "Qrasshopper"ə cari mövsümün əvvəlində İngiltərənin "Vulverhempton" klubundan keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM