satellite   Azerspace-1: 11135 H 30000

Misir futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün danışıqlar aparır

Misir futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün danışıqlar aparır

Misir 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün öz rəsmi namizədliyini irəli sürməyə hazırlaşan Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misirin Gənclər və İdman Nazirliyi bununla bağlı Britaniya mətbuatında yayılan xəbərləri təsdiqləyib.

Nazirliyin sözçüsü Məhəmməd Fevzi bildirib ki, Misir və Səudiyyə Ərəbistanı Yunanıstanla birlikdə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi üçün birgə rəsmi müraciət ətrafında müzakirələr aparırlar. O əlavə edib ki, Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu məsələni Ciddədə keçirilən İƏT-in gənclər və idman nazirlərinin V konfransında səudiyyəli həmkarı ilə müzakirə edib.

Məhəmməd Fevzi diqqətə çatdırıb ki, Misir son illərdə 160-dan çox beynəlxalq idman tədbiri təşkil edib və ölkənin yeni inzibati paytaxtında salınan Olimpiya kəndi, habelə İsgəndəriyyədə tikiləcək idman kompleksi 8 ildən sonra futbol üzrə dünya çempionatını keçirməyə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM