satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin Qazaxıstan ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Qazaxıstan ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Millimizin hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov (hər ikisi “Araz-Naxçıvan”), Emin Kürdov (“Neftçi”), Cohnatas Felipe, Xəzər Ağalızadə (hər ikisi “Araz-Naxçıvan”), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Cardoso (“Bintang Timur”, İndoneziya), Oktay Rüstəmli (“Araz-Naxçıvan”), Sezar De Angelis Zhonatan (“Ayat”, Qazaxıstan) və Nurlan Mehdizadə (“Neftçi”) dəvət olunublar.

Qeyd edək ki, Sezar De Angelis Zhonatan, Amir Shojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM