satellite   Azerspace-1: 11135 H 30000

İki yunan-Roma güləşçimiz dünya çempionatında yarımfinala vəsiqə qazanıb

 İki yunan-Roma güləşçimiz dünya çempionatında yarımfinala vəsiqə qazanıb

İki yunan-Roma güləşçimiz Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) italiyalı Covanni Frenini 8:0, Yaponiya idmançısı Yu Şiotanini 9:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarışda 72 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız Ülvi Qənizadə İbrahim Məhəmmədov (Qazaxıstan) 4:2 və bolqarıstanlı Deyvid Dimitrova 10:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM