satellite   Azerspace-1: 11135 H 30000

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM