satellite   Azerspace-1: 11135 H 30000

Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görülüb

Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görülüb

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ikinci mərhələdən mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabı ilə üstələyib. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0.

Güləşçimiz yarımfinalda türk Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM