satellite   Azerspace-1: 11135 H 30000

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İtaliya milli komandası tarixində 4-cü dəfə dünya çempionu olub.

Görüşdə qalib komandanın rəqibi Polşa yığması olub. Katovitse şəhərində keçirilən qarşılaşmanın ilk setindən meydan sahibləri üstün ayrılıb - 25:22. Lakin sonrakı setlərdə İtaliya millisi 25:21, 25:18 və 25:20 hesablı qələbələr qazanaraq, 24 ildən sonra dünya çempionu olmağı bacarıb. Bu komanda ilk 3 "qızıl"ını 1990, 1994 və 1998-ci illərdə əldə edib.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Sloveniyanı 3:1 (25:18, 25:18, 22:25, 25:18) hesabı ilə yenən Braziliya qazanıb. Cənubi amerikalılar ardıcıl 6-cı mundialın medalını əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM