satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik üslubda kəmər güləşi üzrə dünya cempionati keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibindən olan idmançılar da iştirak edib.

Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst üslubda bürünc medallar qazanıb. Bundan başqa, klassik üslubda Gözəl Zutova (76 kq), sərbəst üslubda isə Ariz Hüseynov (62 kq) vəSəbinə Həmzalova (52 kq) da bürünc mükafata layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM